Bank Of Baku

Sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilir - FOTO

Sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilir - <font color=red>FOTO</font>
# 16 mart 2012 06:50 (UTC +04:00)
Bakı. – APA. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, şənliyin əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan uşaqlara dövlət qayğısının artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsidir.
Şənlikdə Bakıda fəaliyyət göstərən internat məktəblərindən 600-ə yaxın valideyn himayəsindən məhrum olmuş, əlilliyi olan, eyni zamanda məcburi köçkün ailələrindən olan uşaqlar iştirak edirlər. Şənliyin martın 15-də keçirilmiş ilk günündə uşaqlara bayram hədiyyələri təqdim edildikdən sonra tədbir bayram süfrəsi ətrafında tanınmış estrada ulduzları və klounların iştirakı ilə davam edib.
Bayram şənliyi bu gün də davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR