Bank Of Baku

Azərbaycan Milli QHT Forumunun 2011-ci ildə fəaliyyətinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Milli QHT Forumunun 2011-ci ildə fəaliyyətinə həsr olunmuş konfrans keçirilib
# 16 mart 2012 08:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli QHT Forumunun (MQF) 2011-ci ildə fəaliyyətinə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, MQF-nin strukturlarının və bir sıra QHT-lərin qatıldığı konfransda Forumun 2011-ci ildə əsas fəaliyyət və 2012-ci ildə fəaliyyət perspektivləri müzakirə olunub.

Tədbirdə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni Forumun 2011-ci ildə həyata keçirilən tədbirləri barədə hesabatı təqdim edib. O bildirib ki, ötən il Forum QHT-lərə Dövlət Dəstəyi Şurasından 17900 manat qrant alıb. Bundan başqa xarici donorlarla əməkdaşlıq edilib. Hazırda MQF-yə 575 təşkilat üzvdür. MQF-nin beynəlxalq əlaqələrini genişləndirdiyini deyən R. Zeyninin sözlərinə görə, hazırda təmsil etdiyi təşkilat Qazaxıstanın İnformasiya və Resurs Mərkəzi, Litva və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq edir. Bu il Estoniya və Avropa Birliyinə daxil olan bir sıra ölkələrin vətəndaş cəmiyyətləri forumları ilə əməkdaşlıq sənədlərinin imzalanması planlaşdırılır.

Konfransda MQF sıralarına yeni QHT-lər qəbul olunub. Həmçinin MQF-nin regional mərkəzlərinin və sektor rəhbərlərinin çıxışları dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR