Bank Of Baku

Azərbaycanda pensiya sistemi avtomatlaşdırılır

Azərbaycanda pensiya sistemi avtomatlaşdırılır
# 10 may 2012 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2006-cı ilədək olan stajlar barədə məlumatları tam topladıqdan sonra pensiyanın təyinatını avtomatlaşdıracaq. «APA-Economics»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslimov bildirib.

S.Müslümovun görə, elektron xidmətlərin tətbiqi ilə bağlı hazırda Fondda bir sıra işlər həyata keçirilib: «Fondda elektron xidmətlərin tətbiqi üç funksiya üzrə həyata keçirilir ki, bunlardan biri - pensiyaların plastik kartlarla verilməsi tam avtomatlaşdırılıb. Sosial sığorta haqlarının toplanılması barədə hesabatların təqdim olunması da artıq bütün ölkəni əhatə edir. Belə ki, I rübün hesabatlarını hər kəs elektron formada təqdim edə bilər».

S.Müslimov onu da qeyd edib ki, 2006-cı ilədək olan stajlar barədə məlumatlar tam toplanıldıqdan sonra pensiyanın təyinatı da avtomatlaşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR