Bank Of Baku

Azərbaycan prezidenti “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb

Azərbaycan prezidenti “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb
# 10 may 2012 10:41 (UTC +04:00)
APA-nın məlumatına görə, Fərmana əsasən, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib. Fərmanda Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlamaq və prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə prezidentinə məlumat vermək tapşırılıb.

Bundan başqa Nazirlər Kabineti qeyd olunan müddətdə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 7.5-ci bəndində nəzərdə tutulmuş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nı təsdiq etməli mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bu barədə prezidentinə məlumat verməlidir.

Fərmanda Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR