Bank Of Baku

Azərbaycanın bölgələrində orta məktəb buraxılış imtahanlarının vaxtı ilə bağlı dəqiqləşdirmələr aparılır

Azərbaycanın bölgələrində orta məktəb buraxılış imtahanlarının vaxtı ilə bağlı dəqiqləşdirmələr aparılır
# 10 may 2012 10:44 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rayon mərkəzlərindən 50 kilometr aralıda yerləşən orta məktəblərdən məzunların buraxılış imtahanlarına gətirilməsi üçün məktəb direktorları ilə müqavilələr bağlayacaq. Bu barədə APA-ya açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlərə əsasən, şagirdin imtahana getməsi üçün 50 kilometrdən yuxarı məsafə olmamalıdır: “Ona görə də belə məktəblərin direktorları ilə müqavilə bağlayacağıq ki onlar mərkəzdən 50 kilometr aralı olan məktəblərdən məzunları imtahanlara gətirsinlər. Bunun üçün məktəb direktorları bizimlə cavabdeh şəxs kimi müqavilə bağlayacaqlar. Biz onları məzunları gətirmək üçün maliyyə vəsaiti və lazım olduqda nəqliyyatla da təmin edəcəyik”.

Komissiya sədri deyib ki, buraxılış imtahanları iyunun 2-3-də Bakıda keçiriləcək. Qalan rayonların cədvəli ilə bağlı isə dəqiqləşdirmələr aparılır: “Təkcə rayon mərkəzlərində yox, böyük kənd məktəblərində də imtahan keçirəcəyik. Burada çoxlu işlər var və cədvəlləri elan etmək üçün bu işlər axıradək aparılıb təsdiqlənməlidir. Bununla bağlı məktəblər hazır olmalıdır”.

M. Abbaszadə buraxılış imtahanlarının keçirilməsi ilə bağlı 400-dən çox orta məktəbə baxış keçirildiyini də bildirib: “Bütün bölgələrə komissiyanın işçiləri ezam olunmuşdu. Məktəblərə baxış keçirmək, sxemləri müəyyənləşdirmək və sxemlərə uyğun imtahanları təyin etmək çox ciddi işdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR