Bank Of Baku

Hacıbala Abutalıbov: “Dövlət komissiyasından keçməmiş binalardan mənzil almaq cinayətdir”

Hacıbala Abutalıbov: “Dövlət komissiyasından keçməmiş binalardan mənzil almaq cinayətdir”
# 10 may 2012 11:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Hətta binanın sərəncamı olsa da, tikintiyə icazə verilsə də, bina dövlət komissiyasından keçməyibsə, o binadan mənzil almaq cinayətdir”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov verib.

H. Abutalıbov “Mur-Ay” MMC və “Gen” MMC tikinti şirkətləri ilə bağlı yaranan problem və paytaxt meriyasının bununla bağı mövqeyi haqqında danışıb: ““Mur-Ay” tikinti şirkətinin fəaliyyəti ilə bağlı bir şikayətçi yoxdur. Bu şirkətdən ev alan vətəndaşların hamısı mənzillə təmin olunub. O ki, qaldı “Gen” MMC-yə, onların əlində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı yoxdur”.

Bakı şəhər icra hakimiyyətinin başçısı deyib ki, “Gen MMC” ilə bağlı yaranmış problemdə dövlətin heç bir günahı yoxdur: “Onları adi bir oğru aldadıb. Heç bir zaman sərəncamı olmayan evə pul verməzlər. Bir daha deyirəm, tam təmir olunan, dövlət komissiyası tərəfindən qəbul edilən binalardan mənzil alınmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR