Bank Of Baku

Balakən rayonunda yeni körpü istifadəyə verilib

Balakən rayonunda yeni körpü istifadəyə verilib
# 10 may 2012 13:21 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Azərbaycanın Balakən rayonunda yeni körpü istifadəyə verilib. Balakən rayon İcra Hakimiyyətindən (İH) APA-nın yerli bürosuna verilən məlumata görə, yeni körpü rayonunun Meşəşambul kəndində Mazım çay üzərində tikilib. Bir aşırımlı körpünün uzunluğu 36, eni 7,5 çay səviyyəsindən hündürlüyü 8 metrdir. Şambul və Meşəşambul kəndlərini birləşdirən əvvəlki körpü sel suları nəticəsində qəzalı vəziyyətdə idi. Nəticədə sakinlərin gediş-gəlişi xeyli çətinləşmişdi. Yeni tikilən körpü ərazidəki kəndlərin sakinlərinin rayonla əlaqəsini xeyli asanlaşdırıb.
Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edilən körpüdən 2 kəndin 7 min nəfərə yaxın sakini istifadə edəcək. Körpünün açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, “Azəryolservis” ASC-nin sədr müavini Şaiq Bilalov, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR