Bank Of Baku

Azərbaycan Memarlıq və İnşaat Universitetində «Ağaxan» fondu ilə görüş keçirilib - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetində «Ağaxan» fondu ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 10 may 2012 14:19 (UTC +04:00)
Bakı - APA. Dünyada məşhur olan «Ağaxan» fondu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

Qeyd edək ki, 33 ildir, fəaliyyət göstərən fond dünyada memarlıq nümunələrinin və bu kimi möhtəşəm layihələrin həyata keçirilməsində katalizator rolu oynayır. «Ağaxan» Fondunun AzMİU ilə əməkdaşlıq etməsində məqsəd universitet tələbələrinin dünyaya inteqrasiyasında birbaşa rol oynamaqdır.

AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, «Ağaxan» fondunun Memarlıq mükafatları direktoru Dirəxşani Fərrux Universitetin müəllim və tələbə heyəti ilə görüşdə bildirib ki, bəzən tələbələr ancaq yaşadıqları məkanın memarlıq işləri ilə tanış ola bilir, dünyada baş verən memarlıq hadisələrindən kənarda qalırlar: “Ancaq memar olacaq hər kəs, bu işin heç də sadə bir yaradıcılıq işi olmadığını anlamalı, memarlıq sahəsində baş verənlərə yaxından bələd olmalıdır».
F. Dirəxşani deyib ki, onlar hər 3 ildən bir reallaşdırılmış və onların kriteriyalarına cavab verən layihələr üçün nominasiyalar keçirirlər. Qalib olan işə 1 milyard dollar mükafat ayrılır. O, qaliblər sırasında AzMİU-nun da müəllim və tələbə heyətindən memarların işlərinin olmasını arzuladığını qeyd edib.

Öz növbəsində, AzMİU-nun rektoru, millət vəkili Gülçöhrə Məmmədova universitetin memarlıq fakültəsində 700-ə yaxın tələbənin təhsil aldığını, bunlardan 250-nin əcnəbi olduğunu deyib: “Türkiyə, İran, Fələstin, Səudiyyə Ərəbistanı, Əfqanıstandan olan tələbələr üstünlük təşkil edir. Universitetimiz istər Avropa, istərsə də MDB məkanında bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq və tələbə mübadiləsi edir”.
G. Məmmədova bu ilin sentyabrında Fondun rəhbərliyini yenidən universitetə dəvət edib, “master-klasslar” keçmələrini, eləcə də geniş proqramla çıxış etmələrini təklif edib.

Xatırladaq ki, «Ağaxan» Fondunun rəhbərliyi ilk dəfə AzMİU-da 1999-cu ildə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR