Bank Of Baku

Azərbaycan Təbiət Aləmi Zooloji Parkının layihəsinin təqdimatı keçirilib - FOTO

Azərbaycan Təbiət Aləmi Zooloji Parkının layihəsinin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 11 may 2012 09:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Təbiət Aləmi Zooloji Parkının layihəsinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, “Ekodenge” adlanan layihə çərçivəsində Azərbaycanda salınacaq zooloji parkda 224 növdə 1518 heyvan olacaq. Heyvanların yerləşdirilməsi zamanı qitələrə məxsus landşaftlar nəzərə alınacaq. Parkda aidiyyatı təbii şərait yaradılacaq.

Layihənin koordinatoru Yavuz Yöntəm isə deyib ki, zooloji park dünyanın məşhur zooloji parklarının standartlarına uyğun formalaşdırılacaq: “Layihəni Türkiyə və Almaniya birgə müəssisəsi həyata keçirir. Prosesə Hollandiyadan olan mütəxəssislər də cəlb edilib. oloji parkın ərazisi 55 hektar olacaq. Hazırda parkın Abşeron rayonu ərazisində Bakıdan 25 km aralıda salınması nəzərdə tutulub. Park 9 əsas sərgi bölgəsindən ibarət olacaq”.

Y. Yöntəm parkın relyefi və nəzərdə tutulan işlərlə bağlı çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR