Bank Of Baku

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 11 may 2012 10:12 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 65-125, Kiçik Qafqazın çaylarında 90-140, Lənkəran-Astara bölgəsi çaylarında 60-120, Naxçıvan MR çaylarında isə normanın 30-70 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 515 kubmetr/saniyə olmaqla, ongünlük normanın 69, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 291 kubmetr/saniyə olmaqla, ongünlük normanın 143 faizini təşkil edir. Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 435, Şirvanda 332, Salyanda 303, Bankədə 251, Araz çayının Novruzlu məntəqəsində isə 175 santimetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR