Bank Of Baku

Azərbaycanda tələbələr arasında ilk dəfə keçiriləcək “Univision” mahnı müsabiqəsinin püşkü atılıb - FOTO

Azərbaycanda tələbələr arasında ilk dəfə keçiriləcək “Univision” mahnı müsabiqəsinin püşkü atılıb - <font color=red>FOTO</font>
# 11 may 2012 12:28 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda tələbələr arasında ilk dəfə keçiriləcək “Univision” mahnı müsabiqəsinin püşkatma mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, Respublikanın əməkdar artisti Tünzalə Ağayeva, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova və Muz tv-nin nümayəndəsi Tamara Çayxorskaya iştirak edirdilər.

“Univision” mahnı müsabiqəsinin yarım final mərhələsi 15 may, final mərhələsi isə 17 may tarixlərində Heydər Əliyev adına Sarayda baş tutacaq. 1-ci yerin qalibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək. Bundan əlavə qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Müsabiqədə qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq deviz “Birinci ol” adlandırılıb. Hal hazırda “Univision” mahnı müsabiqəsinin iştirakçıları əməkdar artist Tünzalə Ağayevanın studiyasında müğənninin rəhbərliyi altında məşqlər keçirlər. Bununla yanaşı layihəyə tanınmış stilist və imicmeykerlər də cəlb olunub.

Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bununla yanaşı, Avropa Universitetlərinin də “Univision” tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır.

Qeyd edək ki, “Univision” mahnı yarışması Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə həyata keçirilir. Gələcəkdə bu musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində işlər görülür.

“Univision” tələbə mahnı yarışmasına Azərbaycanın 24 universitetindən tələbələr qatılacaq. İki mərhələdə keçiriləcək yarışmanın finalına 10 universitet vəsiqə qazanacaq. Müsabiqənin münsiflər heyəti gizli tərkibdən təşkil olunacaq ki, burada təmsil ediləcək şəxslərin kimliyi açıqlanmayacaq. Səsvermə gizli tələbə şuraları tərəfindən gerçəkləşəcək. Müsabiqə canlı olaraq “Muz TV” vasitəsi ilə yayımlanacaq. Müsabiqənin təşkilatçılarından biri “Qızıl qala” productiondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR