Bank Of Baku

Təhsil Nazirliyinə ümumi təhsil məktəbləri ilə əlaqədar edilən şikayətlərin böyük əksəriyyəti məktəb direktorları barəsində olub

Təhsil Nazirliyinə ümumi təhsil məktəbləri ilə əlaqədar edilən şikayətlərin böyük əksəriyyəti məktəb direktorları barəsində olub
# 11 may 2012 15:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu ilin aprel ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1265 müraciət daxil olub. Nazirlikdən APA-ya verilən məlumata görə, müraciətlərin əksər hissəsi ümumi təhsil məktəblərinə, digər bir qismi ali və orta ixtisas təhsili, texniki peşə təhsili müəssisələrinə, eləcə də xaricdə təhsil məsələlərinə aiddir. 65 şikayət məzmunlu müraciətin çoxu yenə də ümumi təhsil məktəbləri ilə əlaqədar olub. Bakının ümumi təhsil məktəblərindən 21, digər şəhər ümumi təhsil məktəblərindən 6 (Gəncə və Mingəçevir şəhərlərinin hər birindən 1, Sumqayıtdan 4), Abşerondan 5, Şəki, Yevlax, Kəlbəcər və Biləsuvar rayonlarının hər birindən 2, Cəlilabad, Şamaxı, Göygöl, Ağsu, Kürdəmir, Sabirabad, Hacıqabul, Salyan, Gədəbəy, Lerik rayonlarının ümumi təhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqlarından qanunsuz tutulmalar ilə əlaqədar məsələlər təşkil edib. Məlumatda bildirilir ki, bu müraciətlərin araşdırılması zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Hesabat ayında internat məktəblərindən 1 şikayət qəbul edilib. Bu müraciət araşdırılaraq həllini tapıb. Texniki peşə təhsili müəssisələri ilə əlaqədar 2, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 10, özəl ali təhsil müəssisələri ilə əlaqədar 2 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə əsasən təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi ilə bağlı məsələlər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR