Azərbaycanda buraxılış sinifi şagirdlərinə elektron şəhadətnamələr veriləcək
11 may 2012 18:06 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə bu gün təsdiq olunan “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda nəzərdə tutulub.
Qaydalara əsasən, ümumi orta və tam orta təhsil səviyyələrində təhsil sənədinə yazılacaq yekun qiymət buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik), buraxılış imtahanının qiymətlərinin ədədi ortasına, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortasına uyğun olaraq çıxarılır. Ədədi orta tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.
Buraxılış imtahanından qeyri-kafi qiymət alan şagirdlərin yekun qiymətləndirilməsi aparılmır. Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri 5 ballıq qiymət şkalası üzrə rəqəmlə (2,3,4,5) ifadə olunur və qiymətlər TQDK tərəfindən elektron şəhadətnaməyə (attestata) yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron şəhadətnamə (attestat) dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

Sosial
Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib
19:25
21 may 2024
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib
17:48
21 may 2024
İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib
17:29
21 may 2024
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı yenilənib
17:27
21 may 2024