Bank Of Baku

Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir
# 12 may 2012 09:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mayın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 7-11 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR