Bank Of Baku

Paytaxt Bakıda 30, Azərbaycanın bəzi rayonlarında 32 dərəcə isti gözlənilir

Paytaxt Bakıda 30, Azərbaycanın bəzi rayonlarında 32 dərəcə isti gözlənilir
# 14 may 2012 09:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Bakı və Abşeron yarımadasında mayın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Gecə 16-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 15-də şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti gözlənilir.


Tibbi-meteoroloji proqnoza əsasən, mayın 15-17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR