Bank Of Baku

Azərbaycanda ilk dəfə olaraq elektron attestatlar və şəhadətnamələr bazası hazırlanacaq

Azərbaycanda ilk dəfə olaraq elektron attestatlar və şəhadətnamələr bazası hazırlanacaq
# 14 may 2012 11:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda ilk dəfə olaraq elektron attestat və şəhadətnamələr bazası hazırlanacaq. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, bu il ilk dəfə olaraq orta məktəbin buraxılış sinif şagirdlərinə adi attestat və şəhadətnamələrlə yanaşı, elektron attestat və şəhadətnamələr də veriləcək. Yaradılan baza dövlət sənədlərinin elektron dövriyyəsi sisteminə qoşulacaq.

TQDK sədri deyib ki, elektron attestatlar TQDK-nın bazasında fayl kimi saxlanacaq: “Məktəb direktorlarına və rayon, şəhər təhsil şöbələrinə buraxılış imtahanları bitdikdən sonra biz bu faylları göndərəcəyik ki, onlar attestata hansı qiymətlərin yazılmasının lazım olduğunu bilsinlər. Builki məzunlar qəbul imtahanlarında iştirak üçün elektron ərizələrini doldurduqda oraya attestat qiymətlərini də daxil etməli olurlar. İndi buna ehtiyac qalmayacaq. Çünki məzunların elektron attestatları TQDK-nın məlumat bazasında var”.

M. Abbaszadənin sözlərinə görə, şəkli bazada olmayan uşaqların “Buraxılış vərəqəsi”ndə onun şəklinin bazada olmaması qeyd olunacaq. Belə uşaqların valideynləri mütləq məktəbdən müvafiq formada arayış almalıdırlar: “Bu arayış şəkli olmayan uşağın həmin uşaq olduğunu təsdiqləyir. Belə uşaqları imtahana buraxmaq üçün ayrı yolumuz yoxdur. Buraxılış imtahanlarına gələn uşağın bazada şəkli, imtahana gələrkən şəxsiyyət vəsiqəsi, arayışı yoxdursa, imtahana buraxılmaya bilər”.

Hazırkı qaydalara əsasən 9 illik bazadan bütün uşaqlar, o cümlədən illik qiymətləndirmə zamanı “qeyri-kafi” alan şagirdlər də buraxılış imtahanına buraxılırlar: “Təbii ki, belə uşaqlar yay tapşırığı alaraq əlavə imtahan verəcəklər. Amma ana dili və riyaziyyatdan imtahana buraxılacaqlar. Ana dili və riyaziyyatdan “qeyri-kafi” aldıqda isə onlara yenidən payız imtahanlarında iştirak etmək şansı veriləcək. Onlar payızda da imtahan verə bilməsələr, müvafiq formada arayış alacaqlar və gələn il yenidən eksternat formasında buraxılış imtahanında iştirak edə biləcəklər. 9 illik bazadan yalnız o şəxslər imtahana buraxılmayacaq ki, onların dərsə davamiyyəti olmayıb və bilikləri heç zaman qiymətləndirilməyib”.

M. Abbaszadə qeyd edib ki, 11 illik bazadan buraxılış imtahanlarına yalnız illik biliyi müsbət qiymətləndirilən uşaqlar buraxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR