Bank Of Baku

Milli Məclisdə korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı mövzusunda müzakirə keçirilib

Milli Məclisdə korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı mövzusunda müzakirə keçirilib
# 14 may 2012 13:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı ilə bağlı müzakirə keçirilib. APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, əməkdaşları, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin rəhbərliyi, QHT nümayəndələri iştirak edib.

Əvvəlcə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Ə. Hüseynli bildirib ki, dəyirmi masa R. Səfərəliyevanın MM-in sədri Oqtay Əsədova müraciət etməsindən sonra baş tutub.

R. Səfərəliyeva Azərbaycanda korrupsiya ilə mübarizə istiqamətində qanunvericilik bazasının olduğunu bildirib və bu işdə MM-in rolunu yüksək qiymətləndirib.

Sonra MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərov “Mövcud və nəzərdə tutulan hüquqi təşəbbüslər” mövzusunda, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə “Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazasının inkişafı” mövzusunda məruzə ilə çıxış ediblər.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmənov və başqaları da çıxış edərək təkliflər səsləndiriblər.

Qeyd edək ki, “dəyirmi masa” USAİD-un maliyyə dəstəyilə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB tərəfindən icra edilən ALAC layihəsinin ictimai dinləmələr komponenti çərçivəsində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR