Azərbaycanın KİV nümayəndələri «European Newspaper Congress»in Vyanada keçirilən illik toplantısında iştirak ediblər
14 may 2012 13:25 (UTC +04:00)
Bakı – APA. Ötən həftə Vyanada (Avstriya) «European Newspaper Congress»in (Avropa Qəzet Konqresi) növbəti illik toplantısı keçirilib. Toplantıda Azərbaycanı APA İnformasiya Agentliyinin redaktoru Vüqar Mustafayev və «Zerkalo»/«Ayna» qəzetlərinin baş redaktoru Elçin Şıxlinski təmsil ediblər. APA-nın məlumatına görə, forumda 30-dək ölkənin 200-dən artıq qəzet, jurnal və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.
Üç gün davam edən tədbirdə Avropadakı əsas qəzet tendensiyaları, elektron məhsulların əmək bazarına təsiri, KİV-in istirahət günlərində fəaliyyət göstərməsi, müasir media və sosial şəbəkələr, bəd xəbərlərin insan psixologiyasına təsiri, sosial media və sosial-iqtisadi araşdırmalar, regional və yerli qəzetləri dərc olunması təcrübəsi, buraxılan səhvlərlə bağlı çıxışlar dinlənilib.
Bununla yanaşı forumda KİV-lərin gəlirlər mənbələri, yeni qazanc yolları, qiymətqoyma mexanizmi, pullu xəbərlərin qanunsuz oxunması və yayılması ilə mübarizə, bu sahədə perspektivlə bağlı fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində üç qəzetin rəhbərinə mükafatlar təqdim olunub. Belə ki, «Berlingske» (Danimarka) Avropada ilin gündəlik milli qəzeti, «NZZ am Sonntag» (Almaniya) Avropada ilin həftəlik qəzeti, «Hordaland» (Norveç) Avropada ilin yerli qəzeti nominasiyasında qalib elan olunub.
Qeyd edək ki, Azərbaycandan KİV təmsilçilərinin forumda iştirakı JTI (Japan Tobacco International) Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə baş tutub.
Xatırladaq ki, JTI – beynəlxalq tütün şirkətləri qrupudur və 8 brendin (Winston, Mild Seven, Camel, Benson & Hedges, Silk Cut, Sobraine, Glamour və LD) istehsal və satışını əhatə edir. Qrupun 2010-cu ildə dövriyyəsi 10 mlrd. ABŞ dollarından artıq olub. Dünya bazarında payı 10%-dir. Korporasiya 120 ölkədə fəaliyyət göstərir və ümumilikdə 25 min işçisi var.

Sosial
Ədliyyə Nazirliyinin iki idarə rəisi işdən çıxarılıb
19:12
15 may 2024
Nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
18:57
15 may 2024
FHN-in Cənub Regional Mərkəzi Lənkəranda birgə nəzəri-praktiki tədbir keçirib
18:17
15 may 2024
Şəkərli diabet xəstələrinin dərman təminatında yaranmış problemə aydınlıq gətirilib
18:17
15 may 2024