Bank Of Baku

Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi ilə üçün meyarların hazırlanması məqsədilə işçi qrupu yaradılıb

Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi ilə üçün meyarların hazırlanması məqsədilə işçi qrupu yaradılıb
# 14 may 2012 13:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi ilə üçün meyarların hazırlanması məqsədilə işçi qrupu yaradılıb. Bu barədə APA-ya Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib. Onun sözlərinə görə, işçi qrupu təhsil nazirinin əmrinə əsasən formalaşıb: “İşçi qrupu yarım ay ərzində məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi ilə üçün meyarları hazırlayıb, Təhsil Nazirliyinin müvafiq şöbələri ilə müzakirə etməlidir. Bundan sonra isə meyarlar nazirliyin Akkreditasiya Şurasında müzakirəyə çıxarılacaq”.

H. Zərbəliyev deyib ki, məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası növbəti tədris ilinin əvvəlində baş tuta bilər: “Meyarlar qəbul edildikdən və nazirin müvafiq əmrindən sonra məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilə bilər”. Şöbə müdiri onu da əlavə edib ki, digər təhsil müəssisələri kimi, məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyası tabelindən asılı olmayaraq həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR