Bank Of Baku

“Möcüzə” paket yağları Analar gününü qeyd edib

“Möcüzə” paket yağları Analar gününü qeyd edib
# 14 may 2012 14:32 (UTC +04:00)
Paytaxt sakinlərinin asudə vaxtlarını səmərəli keçirdikləri məkanlardan olan “Park Bulvar” alış-veriş mərkəzi daha bir kampaniyaya ev sahibliyi edib.
APA-Economics”in xəbərinə görə, Analar günü münasibətilə “Möcüzə” paket yağları “Park Bulvarda Möcüzə” adlı müsabiqə keçirib.

“Park Bulvarda Möcüzə” adlı müsabiqə “Facebook” sosial şəbəkəsi vasitəsilə reallaşdırılıb. Müsabiqənin şərti analara ünvanlanan ürək sözlərinin çox xal toplaması olub. Beləliklə, “Facebook” istifadəçiləri arasında ən çox xal yığan şəxslərə “Möcüzə” paket yağlarının qiymətli hədiyyələri təqdim olunub.

Bununla yanaşı, keçirilən kampaniyada beş min anaya “Möcüzə” paket yağları hədiyyə edilib. Həmçinin kampaniya zamanı alış-veriş mərkəzinə gələn analara və uşaqlara bayram münasibətilə tort paylanıb.

“Möcüzə” paket yağının əsas məqsədi təbii ki, ANAya olan sevgi hissini dilə gətirmək və bildirmək idi. Beləliklə, “Möcüzə” paket yağının keçirdiyi bu kampaniya hədiyyə qazanan qaliblərlə yanaşı, Beynəlxalq Analar Günü bayramında iştirak edən hər bir kəsin ürəyincə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR