Bank Of Baku

Misir Mərdanov İtaliya səfiri ilə görüşüb

Misir Mərdanov İtaliya səfiri ilə görüşüb
# 14 may 2012 15:21 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi ilə görüşüb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nazir görüşdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyada 4 azərbaycanlı tələbənin təhsil aldığını bildirib. Bu göstəricinin aşağı olduğunu deyən M. Mərdanov qeyd olunan istiqamətdə işlər aparılmasının vacibliyini vurğulayıb.

M. Baldi isə Azərbaycanda italyan dilinin tədrisi məsələsinə toxunaraq deyib ki, ilkin mərhələ kimi Azərbaycanın orta məktəblərində italyan dilinin tədrisi məqsədəuyğundur. O, bundan sonra İtaliyada təhsil alan azərbaycanlı tələbələrə diqqətin daha da artırılacağını söyləyib.

M. Mərdanov ilk olaraq Bakıdakı bir neçə məktəbdə italyan dilinin tədrisinə başlanmasının nəzərdə tutulduğunu qeyd edib. İyunun 2-dən 9-dək İtaliyaya rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdıran Misir Mərdanov səfər zamanı bu məsələlərin geniş müzakirə olunacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR