Bank Of Baku

Qurban Yetirmişli: “Şəkidə zəlzələ Zaqatalada baş verən təkanlar nəticəsində yaranan tektonik qırılma boyunca qeydə alınıb”

Qurban Yetirmişli: “Şəkidə zəlzələ Zaqatalada baş verən təkanlar nəticəsində yaranan tektonik qırılma boyunca qeydə alınıb”
# 14 may 2012 15:54 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin APA-ya verdiyi məlumata görə, Şəkidə zəlzələ Zaqatalada baş verən təkanlar nəticəsində yaranan tektonik qırılma boyunca qeydə alınıb: “Qırılma Qax istiqamətində, cənub-şərqə doğru hərəkət edir. Bu gün də həmin o istiqamətdə, saat 14.58-də Şəkidən 5 km qərbə doğru zəlzələ baş verib. Episentrdə zəlzələnin gücü 5 bal olub. Zəlzələdən sonra xırda təkanlar davam edir. Zəlzələ anından sonra 62-dək xırda təkan qeydə alınıb”.

Q. Yetirmişli deyib ki, seysmoloqlar gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər: “Zəlzələ bölgəsində quraşdırılan əlavə stansiyaların analizi də göstərir ki, bu istiqamətdə zəlzələ olacaq. Fövqəladə hallar nazirinin bu gün Zaqatalada zəlzələnin fəsadları ilə bağlı keçirdiyi toplantıda da dedim ki, vəziyyət gərgin olaraq qalır, hələ ki, tezliklə sakitlik yaranmayacaq. Şəki istiqamətində də gərginlik artıb. Müşavirədən heç bir saat keçmədi ki, həmin təkan oldu. Zəlzələ ocağındakı stansiyalar da ona görə quraşdırılıb ki, tektonik qırılma boyu gedən prosesləri tam analiz edə bilək”.

Baş direktorun sözlərinə görə, Şəkidə baş verən zəlzələdən sonra episentrə yaxın ərazilərdə yerləşən kəndlərdəki evlərdə çatlar yaranıb. Amma bunu tam müəyyən etmək üçün geniş araşdırma aparmaq lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR