Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir

Azərbaycan ərazisində havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir
# 15 may 2012 09:56 (UTC +04:00)
Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 27-32 dərəcə,
dağlarda gecə 5-10 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR