Bank Of Baku

TQDK təkrar və eksternat qaydasında buraxılış imtahanlarında iştirak qaydalarını açıqlayıb

TQDK təkrar və eksternat qaydasında buraxılış imtahanlarında iştirak qaydalarını açıqlayıb
# 15 may 2012 12:23 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən və ya buraxılış imtahanında qeyri-kafi qiymət (lər) alan, o cümlədən eksternat qaydasında bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şəxslərin müvafiq fənn üzrə bilik və bacarıqları “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarına (kurikulumları)” uyğun olaraq həmin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən yoxlanılır və qiymətləndirilir. Bu zaman şagirdin müvafiq fəndən (fənlərdən) təqdim edilmiş suallara yazılı cavab verməsi tələb olunur.

Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan şəxslərin bilik və bacarıqları illik qiyməti qeyri-kafi olan fənn(fənlər) üzrə, buraxılış imtahanında qeyri-kafi qiymət alan şəxslərin bilik və bacarıqları, ana dili və riyaziyyat fənləri istisna olmaqla, imtahanda qeyri-kafi qiymət aldığı fənn (fənlər) üzrə, eksternat qaydasında bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etmək istəyən şəxslərin bilik və bacarıqları attestasiya aparılan bütün fənlər üzrə yoxlanılır.

Xüsusi komissiyanın şəxsin bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etməyə buraxılması haqqında qərarı (komissiyadan aldığı qiymətlər göstərilməklə) may ayının 25-dək TQDK-ya təqdim edilməlidir. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında yalnız ana dili və riyaziyyat fənlərindən qeyri-kafi qiymət alan şəxslərin bilik və bacarıqları yoxlanmır. Onlar haqqında məlumat mayın 25-dək TQDK-ya təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR