Bank Of Baku

Azərbaycanda yaxın 2 ildə 15 gənclər evi inşa olunacaq

Azərbaycanda yaxın 2 ildə 15 gənclər evi inşa olunacaq
# 15 may 2012 12:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda yaxın 2 ildə 15 gənclər evi inşa olunacaq. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisdə “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzusunda keçirilən konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. Nazir müavini deyib ki, yeni gənclər evinin 5-i Bakıda, 10-u isə ölkənin bölgələrində olacaq.

İ. Babayev, gənclərlə bağlı vətənpərvərlik istiqaməti də daxil olmaqla, layihələrin həyata keçiriləcəyini söyləyib: “Gəncəbasar zonasındakı gəncləri ölkənin Cənub bölgəsinə, Cənub bölgəsinin gənclərini isə Şimal bölgəsinə səfərə aparacağıq. Çünki bizdə elə gənclər var ki, məsələn, Avropa ölkələrində, şəhərlərdə olub, amma ölkənin bölgələrini görməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR