Bank Of Baku

Azərbaycan Gənclər Parlamenti yaradılır – FOTO

Azərbaycan Gənclər Parlamenti yaradılır – <font color=red>FOTO </font>
# 15 may 2012 12:52 (UTC +04:00)
Gənclər Parlamentinin Təşəbbüs Qrupundan APA-ya verilən məlumata görə, parlament 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli bir layihədir.

Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, fəal Avropa vətəndaşlığını təşviq etmək, tələbələri Avropa siyasəti ilə məşğul olmaq üçün həvəsləndirmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir.

Bildirilib ki, Gənclər Parlamenti Avropada siyasi debatlar, mədəniyyətlərarası görüşlər, siyasi təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən geniş platforma kimi nəzərdə tutulub.

Gənclər Parlamentinin seçki ilə formalaşması və 50 fəal gəncdən ibarət olması nəzərdə tutulub.

Parlamentə üzvlərin seçilməsi ərizə forması və müsahibədən ibarət olmaqla 2 mərhələdə keçiriləcək.

Birinci mərhələdən seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Azərbaycan Gənclər Parlamentinin üzvlərini seçəcək təşəbbüs qrupuna aşağıdakı şəxslər daxildir:

1. Valeh Ələsgərov - Milli Məclis sədrinin müavini
2. Çingiz Qənizadə - Milli Məclisin deputatı
3. Musa Qasımlı - Milli Məclisin deputatı
4. Rasim Musabəyov - Milli Məclisin deputatı
5. Mübariz Qurbanlı - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini
6. Ceyhun Osmanlı – Milli Məclisin deputatı
7. Qənirə Paşayeva – Milli Məclisin deputatı
8. Mikayıl Cabbarov - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
9. Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi
10. Murad Adıgözəlzadə - Azərbaycan Dövlət Filarmoniyasının direktoru
11. Vüsalə MahirqızıAPA İnformasiya Agentliyinin baş direktoru

Seçki prosesində Prezident Administrasiyası, həmçinin Gənclər və İdman Nazirliyinin rəsmiləri də iştirak edəcəklər.

Yaşı 18-29 arasında olan, ictimai fəal gənclər, gənclər təşkilatlarının liderləri və fəalları, siyasi partiyaların gənclər qanadlarının nümayəndələri, istedadlı və ictimai aktiv tələbələr, beynəlxalq təşkilatlarda, KİV-də, özəl strukturlarda, dövlət strukturlarında və elm sahəsində çalışan gənclər Parlamentin üzvü ola bilərlər.

Gənc parlamentari olmaq istəyənlərdən 28.05.2012 tarixindən gec olmayaraq www.agp.az ünvanına daxil olaraq elektron ərizə formasını doldurmaları xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR