Bank Of Baku

Türk Akademiyasının nəşrləri Azərbaycanın kitabxana və universitetlərinə təqdim edilib

Türk Akademiyasının nəşrləri Azərbaycanın kitabxana və universitetlərinə təqdim edilib
# 15 may 2012 14:53 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Türk Akademiyasının (TA) Azərbaycan kitabxana və universitetlərinə hədiyyə etdiyi 24 adda türkologiyaya dair kitab Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında təqdim olunub. APA-nın xəbərinə görə, tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və TA-nın yaradıcısı Qazaxıstan hökumətinin dəstəyi ilə keçirilib. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq türkologiya sahəsində aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq nəşr edilən bu kitabların çox əhəmiyyətli olduğunu qeyd edib.

TA vitse-prezidenti isə Əsgər Umarov akademiyanın yaranma tarixindən, məqsədindən, danışıb, türkologiya sahəsində elmi araşdırmaların nəticəsi olaraq yazılan bu kitabların ilk olaraq Azərbaycana hədiyyə etmələrini özlərinə borc bildiklərini söyləyib.

Tədbirdə Milli Məclisin deputatı, Atatürk Mərkəzinin sədri Nizami Cəfərov, türkoloq Rüfət Rüstəmov, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov və başqaları türkdilli ölkələrin bir-biriləri ilə qarşılıqlı əməkdaşlıqda dil və kök oxşarlığının tarixi və mədəni irslərinin yaxınlığının çox böyük əhəmiyyətə malik olduğunu söyləyiblər.

Xatırladaq ki, Türk Akademiyası, türkdilli xalqların tarixini və mədəniyyətini öyrənmək məqsədilə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 2010-cu ildə yaradılıb.




.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR