Bank Of Baku

“Elektron Təhsil” Respublika müsabiqəsinə 1092 layihə təqdim olunub

“Elektron Təhsil” Respublika müsabiqəsinə 1092 layihə təqdim olunub
# 16 may 2012 07:47 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA “Elektron Təhsil” Respublika müsabiqəsi başa çatıb. Müsabiqəyə ümumi olaraq 1092 layihə təqdim olunub. Müsabiqənin Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub. “Elektron Təhsil” Respublika müsabiqəsinin II mərhələsinə keçən nominantlar mayın 30-da elan olunacaq. II mərhələyə keçəcək layihələrin ekspertizasını “Elektron Təhsil” Respublika müsabiqəsinin təşkilat komitəsi tərəfindən seçilmiş peşəkarlar və mütəxəssislərdən ibarət olan ekspertlər aparacaqlar. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təhsil” müsabiqəsi “Microsoft Azərbaycan”, “Intel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, “Ultra”, “Nar Mobile”, HP və MƏDƏD təşkilatları tərəfindən dəstəklənir. Müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalardan tədris prosesində istifadəni genişləndirmək, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR