Bank Of Baku

Zəlzələ nəticəsində Zaqatalada uçan və qəzalı vəziyyətə düşən obyektlərin yeni siyahısı açıqlanıb

Zəlzələ nəticəsində Zaqatalada uçan və qəzalı vəziyyətə düşən obyektlərin yeni siyahısı açıqlanıb
# 16 may 2012 09:26 (UTC +04:00)
Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov APA-ya açıqlamasında bildirib ki, son hesablamalara görə, zəlzələ nəticəsində rayonda 485 tikili uçub, 6464 tikili qəzalı vəziyyətə düşüb, 204 sosial obyektdə çatlar əmələ gəlib.

Hesablamaların hələ davam etdiyini qeyd edən E. Ramazanov bu sayın artacağını istisna etməyib. O, həmçinin bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun zəlzələdən ziyan çəkən kəndlərində çadırlar qurulub, həmin çadırlarda 3910 ailə yerləşdirilib.

Bundan başqa o, qeyd edib ki, tikinti bərpa işlərini həyata keçirəcək şirkətlər artıq rayondadır. Rayona lazımi tikinti materialları da gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR