Bank Of Baku

Zaqatalanın orta məktəblərində dərslər rəsmən dayandırılıb

Zaqatalanın orta məktəblərində dərslər rəsmən dayandırılıb
# 16 may 2012 09:28 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov bildirib.

O qeyd edib ki, baş vermiş zəlzələ nəticəsində rayonda fəaliyyət göstərən 61 məktəbdən 47-si qəzalı vəziyyətə düşüb. Həmçinin 2 idman zalı və 28 uşaq bağçası istifadəyə yararsızdır.

Rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin müvafiq təşkilatlarla apardığı danışıqlardan sonra 41 məktəbin qəzalı vəziyyətdə olması, həmçinin rayon ərazisində təkanların davam etməsi səbəbindən rayondakı bütün məktəblərdə dərslərin dayandırılmasına qərar verilib.

Məlumata görə, vəziyyət sabitləşəndən sonra dərslər bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR