Bank Of Baku

Bayram Hüseynzadə: “Paytaxt məktəblərində dərslərin vaxtından əvvəl yekunlaşdırılması ilə bağlı rəsmi göstəriş yoxdur”

Bayram Hüseynzadə: “Paytaxt məktəblərində dərslərin vaxtından əvvəl yekunlaşdırılması ilə bağlı rəsmi göstəriş yoxdur”
# 16 may 2012 09:50 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakının Yasamal rayonu ərazisində yerləşən İncəsənət Gimnaziyasında dərslər mayın 19-da başa çatacaq, “Son zəng” də həmin gün olacaq.

Gimnaziyanın direktor müavini Zümrüd İmanova faktı təsdiqləyərək bildirib ki, bu barədə təhsil naziri Misir Mərdanovun şifahi göstərişi olub. Onun sözlərinə görə, göstərişə səbəb “Eurovision-2012” müsabiqəsi ilə əlaqədar Bakının mərkəzi küçələrində hərəkətin məhdudlaşdırılmasıdır. Direktor müavini bu göstərişin ərazidəki digər məktəblərə də aid olduğunu bildirib.

Paytaxtın mərkəzi hissəsində yerləşən Avropa Liseyindən də APA-ya bildirilib ki, göstərişlə əlaqədar olaraq məktəbdə dərslər ayın 19-da yekunlaşacaq. “Son zəng” isə mayın 31-də baş tutacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə APA-ya deyib ki, “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar olaraq Bakıdakı məktəblərdə “Son zəng”in vaxtının dəyişdirilməsi və dərslərin vaxtından əvvəl yekunlaşdırılması ilə bağlı rəsmi göstəriş yoxdur: “Ona görə bu barədə heç bir məlumat verə bilmərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR