Bank Of Baku

Azərbaycanın radonun miqdarı artıq olan ərazilərində araşdırmalara başlanacaq

Azərbaycanın radonun miqdarı artıq olan ərazilərində araşdırmalara başlanacaq
# 16 may 2012 11:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yaxın zamanlarda Azərbaycanın radonun miqdarı artıq olan ərazilərində araşdırmalara başlanacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı layihə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilib. Araşdırmalarda Geologiya İnstitutunun mütəxəssisləri ilə yanaşı, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də iştirak edəcəklər. Araşdırmalar zamanı radonun miqdarının texnogen, yoxsa təbii amillərdən artdığı öyrəniləcək.

C. Əliyevin sözlərinə görə, Azərbaycanda radonun miqdarı daha çox Şamaxıda, Şəki-Zaqatala və Talış zonasında artıqdır: “Şəki-Zaqatala bölgəsində radon qazı ilə əlaqədar anomaliyalar əmələ gəlib. Biz onu neçə illərdir müşahidə edirik. Bu, həmin ərazidəki geoloji hadisələrlə əlaqədardır. Həmin ərazilərdə aktiv qırılmalar olduğuna görə bir sıra qazlar, o cümlədən radon qazı da çıxır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR