Bank Of Baku

Mağazalarda satılan konservləşdirilmiş məhsulların yoxlanılmasına başlanılıb

Mağazalarda satılan konservləşdirilmiş məhsulların yoxlanılmasına başlanılıb
# 16 may 2012 12:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda mağazalarda satılan konservləşdirilmiş zeytun, turşu və digər konserv məhsullarını yoxlamağa başlayıb. RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, monitorinq zamanı həmin məhsulların istehsalında sterilizasiya qaydalarına əməl edilməsi, təhlükəsizlik və fiziki-kimyəvi göstəriciləri araşdırılacaq. Onun sözlərinə görə, monitorinq mayın 24-dək davam edəcək.

İ. Abdullayev mağazalarda satılan suxarı, çipsi, uşaq qidaları və spirtli içkilərin monitorinqlərinin nəticələrini də açıqlayıb. O bildirib ki, müayinələrin nəticələrinə əsasən, bu məhsulların tərkibi normaya uyğun olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR