Bank Of Baku

Ötən ay Azərbaycanda əhali arasında 102 qida zəhərlənməsi baş verib, 124 nəfər zərər çəkib

Ötən ay Azərbaycanda əhali arasında 102 qida zəhərlənməsi baş verib, 124 nəfər zərər çəkib
# 16 may 2012 12:26 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, 27 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 35 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki kimyəvi göstəricilərinə görə 1005, mikrobioloji göstəricilərinə görə 739, toksikoloji göstəricilərinə görə 160, radioloji göstəricilərinə görə 9 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 11-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub. Şadlıq evlərindən 30 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 3-də mikrobioloji çirklənmə aşkar edilib. 2807 yaxma nümunəsi götürülüb, onlardan 54-də qeyri-kafi nəticələr aşkarlanıb.

Ötən ay əhali arasında 102 qida zəhərlənməsi hadisəsi baş verib, 124 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş verib, bundan 2 nəfər zərər çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR