Respublika Seysmoloji Xidmət Mərkəzi Şəkidə güclü zəlzələ baş verəcəyi barədə məlumatlara aydınlıq gətirib
16 may 2012 12:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Şəki rayonunda zəlzələ olacağı barədə əhali arasında yayılmış məlumlara dair açıqlama yayıb. RSXM-in mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, bu gün səhər saatlarından Mərkəzə çoxsaylı zənglər və müraciətlər olub, zənglərdə Şəkidə əhali arasında bu gün guya güclü zəlzələnin olacağına dair məlumatların yayıldığı qeyd olunub.
“Bununla bağlı çoxsaylı jurnalist müraciətlərinin də olduğunu nəzərə alaraq bir daha bəyan etmək istəyirik ki, nəinki Azərbaycanda, bütün dünyada heç kim zəlzələ ilə bağlı proqnoz verə bilmir.
Odur ki, Şəkidə yayılan məlumatlar əsası olmayan informasiyalardır. Bildirmək istəyirəm ki, Zaqatala rayonunda baş verən zəlzələnin təsiri olaraq həmin bölgədə müəyyən təkanların baş verməsi normaldır və vaxt keçdikcə bu təkanlar zəifləməyə doğru gedəcək.
Odur ki, bu məsələdə bütün mətbuatdan əhalinin maarifləndirilməsi istiqamətində təbliğatı gücləndirmək, insanlar arasında əsası olmayan informasiyalarla yersiz qorxu və narahatlıqlar yaradılmasına yol verməmək xahiş olunur”, - deyə açıqlamada vurğulanır.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024