Bank Of Baku

FHN Cəlilabadda yanğın təhlükəsizliyi ilə əlaqədar regional müşavirə keçirib

FHN Cəlilabadda yanğın təhlükəsizliyi ilə əlaqədar regional müşavirə keçirib
# 16 may 2012 14:56 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən bu gün “Aqrolizinq” ASC-nin Cəlilabad rayon “Aqroservis” filialında fermer təsərrüfatları başçıları, bələdiyyələrin rəhbərləri və fərdi torpaq payçıları üçün “Dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi” mövzusunda regional müşavirə keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə taxılyığan kombaynda baş verən şərti yanğın hadisəsini və onun söndürülməsi səhnəsini müşahidə ediblər. Daha sonra FHN-in əməkdaşları qarşıdakı aylarda yarana biləcək yanğın hadisələri ilə bağlı maarifləndirmə söhbətləri aparıblar. FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyev bildirib ki, məhz belə maarifləndirici tədbirlərin nəticəsi olaraq ötən il respublikanın taxıl zəmilərində cəmi 1 yanğın hadisəsi qeydə alınıb.
Dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair cənub bölgəsinin rayonlarında görülən hazırlıq işləri barədə məlumat verən FHN-in Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Əşrəf Rəfiyev isə çıxışında son 4 ay ərzində regionda yanğın təhlükəsizliyinin pozulması ilə bağlı 280-dək hüquqi və fiziki şəxsin cərimə olunduğunu, cərimələrin ümumi məbləğinin isə 10000 manat təşkil etdiyini bildirib. Ə. Rəfiyev elektrik xətlərinin altında yerləşən taxıl sahələrinin vəziyyətinin ciddi təşviş doğurduğunu diqqətə çatdıraraq, bununla bağlı aidiyyatı rayonların elektrik şəbəkələrinin rəislərinin xəbərdarlıq edildiyini, tədbir görülmədiyi təqdirdə onlara qarşı inzibati cəzaların tətbiq olunacağını bildirib. Sonda müşavirə iştirakçılarına əyani vəsaitlər paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR