Bank Of Baku

Səhiyyə Nazirliyində BMT-nin insan hüquqları və sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi ilə görüş keçirilib

Səhiyyə Nazirliyində BMT-nin insan hüquqları və sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi ilə görüş keçirilib
# 16 may 2012 15:22 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyində BMT-nin insan hüquqları və sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi Annand Qrouverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə son illər ərzində ölkə səhiyyəsində görülən işlər, əldə olunan nailiyyətlər və perspektivlər müzakirə olunub. Qonaqlar onları maraqlandıran 3 əsas mövzu - səhiyyənin maliyyələşdirilməsi, ağ ciyər xəstəlikləri sahəsində görülən işlər, cəzaçəkmə müəssisələrində olan insanların hüquqları və onlara göstərilən tibbi yardım haqqında məlumatlandırılıb.
A. Qrouverin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra tibb müəssisələri ilə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR