Azərbaycan əhalisinin 14%-i pensiyaçılardır
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, pensiyaçıların 63,3%-i yaşa, 26,2%-i əlilliyə, 10,5%-i isə ailə başçısını itirməyə görə pensiya alıb.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4% artaraq 150,2 manat olub və orta aylıq əmək haqqının 39,6%-ni təşkil edib.
Cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 599,8 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2% çoxdur: «Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 32,3% artaraq 587,7 mln. manat təşkil edib».
Hesabat dövründə əhaliyə 12,1 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 30,6%-i hamiləliyə və doğuma görə, 28,1%-i əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə, 19,8%-i dəfnə görə ödənilib, 21,5%-i isə digər müavinətlərin payına düşüb.
Aprelin 1-nə ölkədə 310,4 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 15,7 min nəfər, əlilliyə görə 105,5 min nəfər, ailə başçısını itirməyə görə 38,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 62,3 min nəfər olub.
Əmək pensiyası almaq hüququ olmayan 57,3 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət verilib. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 736 nəfər qəyyumuna, eləcə də 10,4 min ailəyə 20,6 min uşaq üçün aylıq müavinət verilib. Uşaq müavinətlərini şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Bundan başqa, 7,6 min 1 yaşadək uşağa görə 7,5 min ailəyə sosial müavinət verilib. Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 517 zərərçəkən kompensasiya alıb.
Bundan əlavə, 36,1 min nəfərə, o cümlədən 30,1 min uşağın doğulmasına görə, 4,3 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 1,1 min nəfərə penitensiar xidmətdən azad olanlara və həyatını itirmiş 573 nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.
Bu ilin üç ayı ərzində Azərbaycan qarşısında xüsusi xidmətlər göstərmiş 34,3 min nəfər aylıq təqaüd alıb.
Cari il aprelin 1-nə ölkədə 127,2 min ailənin 566,5 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə 24,22 manat ödənilib.
Sosial
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib - VİDEO
Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub - FOTO
Xarici İşlər Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib - FOTO
Xəbər Lenti
Sabunçuda 48 kq narkotik aşkarlanıb - VİDEO
Katz Trampın İsrailin Livandan çıxacağı ilə bağlı açıqlamasını təkzib edib
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatıb
ABŞ Almaniyada “Tomahawk” raketləri yerləşdirəcək
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib - VİDEO
Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
Gələn il Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq
Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub - FOTO
Mərkəzi Bankın yubiley və xatirə pul nişanlarını daha iki bankdan təhvil almaq mümkün olacaq
Əli Xameneinin cənazəsini daşıyan təyyarə Məşhədə enib
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - EKSKLÜZİV - FOTO
Şon Mann: Azərbaycan turist sayından çox, turistlərin xərclərini artırmağa fokuslanmalıdır
Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər
Florian Zenqştşmid: Azərbaycanın turizm istiqaməti kimi tanınması 48%-ə yüksəlib
Samuxda yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB-1
Dünya Bankı Azərbaycanda turizm sahəsində əsas çağırışları açıqlayıb
Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
İran ordusu ABŞ-ın Küveyt, Qətər və Bəhreyndəki bazalarını hədəfə aldığını bildirib
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 15 mlrd. manata yaxınlaşıb
Dünya Bankı: Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
Dünya Bankı: Azərbaycanda məşğulluq artımı əsasən özəl sektor hesabına təmin edilib
Xarici İşlər Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib - FOTO
İran Səhiyyə Nazirliyi: ABŞ-ın son hücumlarında 14 nəfər ölüb, 78 nəfər yaralanıb
AMB: Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb
FTX: Ukraynanın Rusiyada hərbçilərə qarşı irimiqyaslı terror planının qarşısı alınıb
Mərkəzi Bank: Geosiyasi gərginliyə baxmayaraq, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır
Rolande Pryce: Azərbaycan turizmi paytaxt mərkəzli modeldən regionlara yönəlməlidir
Dünya Bankı: Azərbaycanın davamlı iqtisadi artımı qeyri-neft sektorundan asılı olacaq
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayıb: Valideynlərin bilməli olduğu əsas məqamlar
Xarici İşlər Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO
APA TV-də XƏBƏRAPARAN - CANLI
XİN rəhbəri TRIPP-lə bağlı prosesin getdiyini və sənədlərin hazırlandığını açıqlayıb
AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir
Konqoda Eboladan ölənlərin sayı 600-ə çatıb
Ceyhun Bayramov: Azərbaycan Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb
Nazir: Ermənistanla delimitasiya şimaldan cənuba davam etdiriləcək, eksklav kənd məsələləri həllini tapacaq
XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib - FOTO
76 kq narkotik vasitə və 2000 ədəd psixotrop həbi dövriyyədən çıxarıb - VİDEO
Azərbaycan neftinin qiyməti 82 dolları ötüb
ABŞ Tehran-Məşhəd dəmir yolu xəttini vurub, qatarların hərəkəti dayandırılıb
ABŞ-ın bu gün səhər İrana zərbələri nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb
AZINCLOUD ilə biznesinizi bulud mühitinə köçürün!
Bu günün valyuta məzənnələri
Donald Trampın İranla bağlı açıqlaması fond bazarlarına təsir edib
Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapılıb
"Bitcoin" 62 min dollara kimi ucuzlaşıb
Əmtəə bazarlarında qızılın qiyməti 4100 dollardan aşağı düşüb
Sel səbəbilə Zaqatalanın Meşleş kəndi ilə əlaqə kəsilib - VİDEO
Qalibaf: Hörmüz boğazı yalnız İranın müəyyən edəcəyi şərtlərlə açılacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI