Bank Of Baku

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 9% artıb

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 9% artıb
# 17 may 2012 12:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,7% artaraq 378,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 380,3 manat, qeyri-neft sektorunda 350,9 manat, dövlət bölməsində 318,7 manat, özəl bölmədə 477,6 manat təşkil edib: «Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əmək haqqı daha yüksək olub».

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 203,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 352,7 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR