Bank Of Baku

Baş nazirin müavini Əli Həsənov: “Yaxın dörd il ərzində Azərbaycanda evlə təmin olunmayan məcburi köçkün ailəsi qalmayacaq”

Baş nazirin müavini Əli Həsənov: “Yaxın dörd il ərzində Azərbaycanda evlə təmin olunmayan məcburi köçkün ailəsi qalmayacaq”
# 17 may 2012 12:22 (UTC +04:00)
APA-nın Qarabağ bürosunu xəbərinə görə, bunu Ağdam rayonunda səfərdə olan baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Komitə sədri bildirib ki, məcburi köçkünlərin məskunlaşdırılması məqsədi ilə gələn il Bərdədə 14 ədəd çoxmərtəbəli binanın inşası nəzərdə tutulub. Bundan əlavə, qaçqın və məcburi köçkünlərin sosial yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən 300 milyon manat vəsait ayrılıb ki, bu vəsaitin hesabına 9 rayonda məcburi köçkün ailələri üçün yeni mənzillərin tikilməsi, o cümlədən Bakı şəhərində, təhsil, səhiyyə ocaqlarında, həmçinin müxtəlif şəraitlərdə məskunlaşan köçkün ailələrinin yaşayış vəziyyətlərinin yaxşılaşdırılması nəzərdə tutulur. Ə.Həsənov jurnalistlərə bildirib ki, yaxın 4 il ərzində ölkə ərazisində evlə təmin olunmayan köçkün ailəsi qalmayacaq.
Səfər çərçivəsində komitə sədri beynəlxalq və yerli humanitar təşkilatların dəstəyi ilə məcburi köçkün icmaları arasında həyata keçirilən aqrar layihələrin nəticələri və məcburi köçkünlər tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR