Bank Of Baku

Hadi Rəcəbli BMT-nin sağlamlıq hüququna dair xüsusi məruzəçisinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Hadi Rəcəbli BMT-nin sağlamlıq hüququna dair xüsusi məruzəçisinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
# 17 may 2012 14:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli BMT-nin sağlamlıq hüququna dair xüsusi məruzəçisi Anand Qroverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hadi Rəcəbli qonağa Milli Məclisdə səhiyyə sahəsində qəbul olunmuş qanunlar haqqında danışıb. O qeyd edib ki, hazırda icbari sosial sığorta sisteminin işə düşməsi üçün bütün imkanlar yaradılıb.

Anand Qrover Azərbaycanın səhiyyə sistemi ilə yaxından tanış olduğunu bildirərək ölkədə səhiyyənin inkişafı üçün görülən işləri yüksək qiymətləndirib. Söhbət zamanı Anand Qroverin Azərbaycanda səhiyyə sahəsinin maliyyələşdirilməsi, cəzaçəkmə müəssisələrində səhiyyənin vəziyyəti, vərəmə qarşı dərman preparatları, cinsi və reproduktiv sağlamlıq məsələlərinə dair sualları cavablandırılıb.

Fikir mübadiləsi zamanı Azərbaycanda müasir tibbi avadanlıqları işlədən mütəxəssislərin sayının artırılmasının və səhiyyənin maliyyələşdirilməsi modelinin dəyişdirilməsinin vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR