Bank Of Baku

Azay Quliyev “Sərhədsiz Reportyorlar” Təşkilatının təmsilçisi ilə görüşüb - FOTO

Azay Quliyev “Sərhədsiz Reportyorlar” Təşkilatının təmsilçisi ilə görüşüb -<font color=red> FOTO</font>
# 17 may 2012 14:38 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Sərhədsiz Reportyorlar” Təşkilatı İdarə Heyətinin mədəniyyət üzrə məsul təmsilçisi cənab İngo Petzlə görüşüb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Quliyev ölkədə demokratik proseslərin daha da dərinləşdirilməsi sahəsində rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə qonağı məlumatlandırıb. Görüşdə, həmçinin, Azərbaycan reallıqlarının xarici mətbuatda işıqlandırılması zamanı istinad edilən mənbələrlə bağlı fikir mübadiləsi aparılıb. A. Quliyev Şuranın Azərbaycan haqda obyektiv informasiya mənbələrindən biri kimi daim beynəlxalq əməkdaşlığa hazır olduğunu, eləcə də bu yöndə müsbət təcrübə əldə etdiyini vurğulayıb. Görüşdə Şura ilə “Sərhədsiz Reportyorlar” Təşkilatının müvafiq strukturları arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR