Bank Of Baku

Azərbaycanda I rübdə 21 min daimi iş yeri açılıb

Azərbaycanda I rübdə 21 min daimi iş yeri açılıb
# 18 may 2012 07:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycanda 25 376 yeni, o cümlədən 20 937 daimi iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci dövlət proqramının icrasını əhatə edən 2009-cu ilin yanvar ayından 2012-ci ilin aprel ayınadək olan dövrdə 266,1 min, o cümlədən 200,5 min daimi iş yerləri yaradılıb: «Cari ilin I rübündə açılmış daimi iş yerlərinin 7,1%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 12,6%-i mövcud müəssisə və təşkilatlarda, 0,1%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 80,2%-i isə fiziki şəxslər tərəfindən yaradılıb».

Yeni iş yerlərinin 65,3%-i regionların, o cümlədən 17,8%-i Aran, 10,5%-i Gəncə-Qazax, 7,2%-i Şəki-Zaqatala, 5,8%-i Lənkəran, 5,5%-i Yuxarı Qarabağ, 4,7%-i Abşeron, 4,6%-i Quba-Xaçmaz, 4,5%-i Naxçıvan, 2,6%-i Dağlıq Şirvan, 2,1%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR