Bank Of Baku

ABŞ-ın Avropadakı Qoşunlar Komandanlığının Mühəndis Korpusunun dəstəyi ilə Astarada orta məktəb binası inşa olunacaq

ABŞ-ın Avropadakı Qoşunlar Komandanlığının Mühəndis Korpusunun dəstəyi ilə Astarada orta məktəb binası inşa olunacaq
# 18 may 2012 08:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. ABŞ-ın Avropadakı Qoşunlar Komandanlığının (EUCOM) Mühəndis Korpusunun dəstəyi ilə Azərbaycanın Astara rayonunda orta məktəb binası inşa olunacaq. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

Yarım milyon dollar vəsait hesabına tikiləcək məktəb Hərbi Mühəndis Korpusu tərəfindən Azərbaycanda inşa olunacaq beşinci tədris müəssisəsi olacaq. Hazırda məktəb kompleksinin dizayn işləri başlayıb. Dizayn hazır olandan sonra layihə yerli iş icraçılarına təhvil veriləcək. Məktəbin açılışı 2013-cü ilin payızına planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR