Bank Of Baku

BMT baş katibi Ümumdünya Ətraf Mühit günü ilə bağlı müraciət yayıb

BMT baş katibi Ümumdünya Ətraf Mühit günü ilə bağlı müraciət yayıb
# 18 may 2012 09:35 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. BMT baş katibi Pan Gi Mun - 5 İyun Ümumdünya ətraf mühit günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə baş katib qeyd edib ki, Ümumdünya Ətraf Mühit günü bizlərə daha davamlı dünya yaratmaq üçün dəyişikliklərə ehtiyacın olduğunu vurğulamaq imkanı verir. Günün bu ilki mövzusu belədir: “Yaşıl iqtisadiyyat: Sən də qoşulmusanmı?”. Baş katib qeyd edib ki, bu mövzu insanların ekoloji izlərini planetin hüdudları daxilində saxlamaq üçün hər kəsin öz öhdəsinə düşəni yerinə yetirməyin vacibliyini vurğulayır: “Dünya əhalisinin sayı 7 milyarddır və bu rəqəm 2050-ci ilə qədər 9 milyardı ötə bilər. Bu, hal-hazırda dünya əhalisinin yarıdan çoxunun yaşadığı və əhali sıxlığından əziyyət çəkən şəhərlərə, o cümlədən qida, su və enerjiyə artan tələbat səbəbiylə təbii ehtiyatların üzərində daha çox təzyiq olacağı deməkdir. Bu həmçinin daha çox insanın ləyaqətli iş axtaracağı deməkdir. Bütün dünyada hal-hazırda 1.3 milyard insan işsizlikdən yaxud layiqli iş yerinin olmamasından əziyyət çəkir. Hesablamalara görə növbəti on il ərzində daha yarım milyard insan əmək bazarına qoşulacaqdır”.
Pan Gi Mun daha sonra bəyan edib ki, BMT özü iqlim tarazlığı fəaliyyətlərinin davamlı şəkildə idarəsi istiqamətində çalışır: “Ümumdünya Ətraf Mühit Günündə mən hökumətləri, biznesmenləri və cəmiyyətin bütün üzvlərini istədiyimiz davamlı gələcəyə nail olmaq üçün hərtərəfli seçimlər etməyə çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR