Bank Of Baku

Rusiya ali məktəblərində Azərbaycan vətəndaşları üçün ayrılan yerlərə qəbul imtahanı keçirilir

Rusiya ali məktəblərində Azərbaycan vətəndaşları üçün ayrılan yerlərə qəbul imtahanı keçirilir
# 18 may 2012 12:01 (UTC +04:00)
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan bu gün saat 15.00-da başlayıb.

Rusiyanın 20-dən artıq ali təhsil müəssisəsində bakalavriatura səviyyəsində 30 plan yeri ayrılıb. Həmin universitetlərin sırasına N. E. Bauman adına Moskva Dövlət Texniki Universiteti, Dövlət İdarəetmə Universiteti (Moskva ş.), Moskva Dövlət Pedaqoji Universiteti, Volqoqrad Dövlət Universiteti və s. daxildir. Bu yerlərdən 9-u I ixtisas qrupu, 6-sı II qrup, 9-u III qrup, 6-sı isə IV qrup üzrədir. Azərbaycan vətəndaşlarının bakalavriatura səviyyəsində MDBƏİ-də təhsil alması üçün 3 yer (ödənişsiz əsaslarla) təqdim olunub. Müsabiqədə iştirak etmək üçün qeydiyyat TQDK-da aparılıb. MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 8, RF-in digər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 102 nəfər, ümumilikdə 110 gənc qeydiyyatdan keçib.

İmtahanın nəticələri bu gün imtahandan sonra Komissiyanın internet səhifəsində yerləşdiriləcək. İmtahan nəticəsində uğur qazanan namizədlər sabah TQDK-da keçiriləcək müsahibə mərhələsinə buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR