Bank Of Baku

AMEA-nın illik hesabat məcmuəsinə 250 elmi nəticə daxil edilib

AMEA-nın illik hesabat məcmuəsinə 250 elmi nəticə daxil edilib
# 19 may 2012 08:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Hazırda elmi-tədqiqat müəssisələrində 460-dək elmi problemi əhatə edən 1500-dək mövzu üzrə iş yerinə yetirilir. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının iclasında AMEA prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, akademiyanın 2011-ci ildəki ilik hesabat məcmuəsinə 250 elmi nəticə daxil edilib, onlardan 156-sı AMEA-ya, 70-i ali təhsil müəssisələrinə, 24-ü isə digər elmi-tədqiqat institutlarına aid olub.
Tədbirdə elmi-tədqiqat və ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinə dair planların yerinə yetirilməsi ilə bağlı çıxış edən akademik Asəf Nadirov isə elmin müvafiq istiqamətləri üzrə 30 Problem Şurasının fəaliyyət göstərdiyini deyib. O, bildirib ki, elmi tədqiqatların səmərəliliyinin yüksəldilməsi, strukturunun təkmilləşdirilməsi, kadr məsələlərinin həlli, respublika üzrə aidiyyatı təşkilatların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı konkret işlər həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR