Bank Of Baku

Şamaxıda Mirzə Ələkbər Sabirin adı verilən bulaqların açılışı olub - FOTO

Şamaxıda Mirzə Ələkbər Sabirin adı verilən bulaqların açılışı olub - <font color=red>FOTO</font>
# 19 may 2012 12:45 (UTC +04:00)
Şamaxı-APA. Şamaxının Adnalı kəndində və Şəhriyar qəsəbəsində bu rayondan millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə çəkilən yeni su xətlərinin və inşa edilən bulaq komplekslərinin açılış mərasimi olub. APA-nın xəbərinə görə, bulaqlar Şamaxı torpağında anadan olmuş görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi ilə əlaqədar “Sabir bulağı” adlandırılıb. Mərasimlərdə deputat Elxan Süleymanov, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, tanınmış şair, Söz Azadlığını Müdafiə Fondu sədri Musa Yaqub çıxış ediblər.
Məlumat verilib ki, uzun illərdi içməli su sarıdan əziyyət çəkən Adnalı kənd əhalisi üçün 1600 metr və Şəhriyar sakinləri üçün 1 kilometr uzunluğunda plastik borularla yeni su xətti çəkilib. Yerli əhali millət vəkilinin bu yaşayış məntəqələrinə su çəkdirməsini böyük razılıqla qarşılayıb. Mərasimdə M.Ə.Sabirin yaradıcılığına həsr edilən II bədii qiraət müsabiqəsinin qalibləri böyük şairin şeirlərini söyləyiblər. Tədbir yerli aşıqların ifasında konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, millət vəkili Elxan Süleymanov Şamaxının 17 yaşayış məntəqəsinə su çəkdirəcəyini bildirib. Tədbirdə Kələxana və Carhan kəndlərində içməli su xətlərinin çəkilişi həyata keçirildiyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR