Bank Of Baku

Masallıda “Yerli idarəetmədə qadın liderliyi” layihəsinin təqdimatı keçirilib - FOTO

Masallıda “Yerli idarəetmədə qadın liderliyi” layihəsinin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 19 may 2012 16:16 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Bu gün Masallı Rayon Gənclər Mərkəzinin akt zalında “Qadınlar bələdiyyələrin inkişafı uğrunda” İctimai Birliyinin “Yerli idarəetmədə qadın liderliyi” layihəsinin təqdimat mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yerli idarəetmədə qadın liderliyinin gücləndirilməsi məqsədi daşıyan bu layihənin qadınların həyat və fəaliyyətində, cəmiyyətə nüfuzunda mühüm əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu bildirib.
Daha sonra “Qadınlar bələdiyyələrin inkişafı uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, ekspertlər – Mərkəzi Seçki Komissiyasının üzvü, Respublika Bələdiyyələr Assosasiyasının icraçısı Tofiq Həsənov, Yasamal rayon bələdiyyəsinin sədr müavini Əli Əkbərli layihə barədə geniş məlumat veriblər.
Masallı Mərkəzi Rayon Xəstəxanasının həkimi Cahan Mustafayeva, Qızılağac bələdiyyəsinin sədri Mina Quliyeva, Dəmirçi kənd məktəbinin direktoru Aytən Şükürova, Yeyənkənd bələdiyyəsinin sədri Sakit Xosiyev və başqaları isə çıxışlarında Azərbaycan qadınlarının ictimai-siyasi proseslərdə həmişə fəal olduqlarını, onların arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin yetişdiyini vurğulayaraq, təqdim olunan layihənin müəlliflərinə uğurlar diləyiblər.
Diskussiya şəraitində keçən tədbirdə, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR