Bank Of Baku

Bakıda ünvanlı sosial yardım proqramının monitorinqinin aparılması ilə bağlı təlim-seminar keçirilib

Bakıda ünvanlı sosial yardım proqramının monitorinqinin aparılması ilə bağlı təlim-seminar keçirilib
# 14 dekabr 2006 10:33 (UTC +04:00)
Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) QHT və KİV üçün “Ünvanlı sosial yardım proqramının monitorinqinin aparılması məqsədilə vətəndaş cəmiyyəti institutlarının maarifləndirilməsi” mövzusunda təlim-seminar keçirib. APA-nın məlumatına görə, Milli Büdcə Qrupunun təşkilati, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Hollandiyanın “Oxfam Novib” təşkilatının birgə maliyyə dəstəyi ilə təşkil olunan təlim-seminarı İTM-in idarə heyətinin sədri Qubad İbadoğlu açaraq ünvanlı sosial yardım proqramları ilə bağlı dünya təcrübəsindən danışıb, proqramın mahiyyəti, məqsəd və vəzifələri barədə ətraflı məlumat verib: “Bizim təşkilat tərəfindən ünvanlı sosial yardım sahəsində milli qanunvericilik bazası tədqiq edilib, həmçinin dünya təcrübəsi araşdırılaraq Azərbaycanda bu bazanın təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər işlənilib və aidiyyatlı orqanlara göndərilib”.
İTM-in monitorinq qrupunun rəhbəri Rövşən Ağayev isə ünvanlı sosial yardım proqramının təşkili təcrübəsi, onun reallaşması mexanizmləri, ölkədə proqramın təşkilinin normativ-hüquqi bazası ilə bağlı məruzə edib. Sonra mövzu ətrafında müzakirələr aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR